Bakıda 68 min piyada cərimə

Bakıda 68 min piyada cərimə
06:31 8 Avqust 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Cari il yanvarın 1-dən avqustun 7-dək Bakıda 68 min piyada cərimə olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, bu müddətdə piyadaların avtomobillərlə vurulması hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yeraltı və yerüstü piyada keçidləri yaxınlığında reydlər keçirilib.

Nəticədə 68 min piyada Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsinin tələbini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək 20 manat cərimə edilib.

V.Əsədov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə piyadaların vurulması halları azalıb: “Piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb.

100-dən artıq polis əməkdaşımız həmin ərazilərdə xidmət aparır. Bu isə o deməkdir ki, piyadalar arasında nizam-intizam yüksəlib və hadisələrin səviyyəsi aşağı düşüb. Həqiqətən də piyadaların saxlanılaraq cərimələnməsi piyada vurma ilə nəticələnən qəzaların sayına təsir edib”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=357435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR