Ermənistan hökuməti Gürcüstandan ət və ət məhsullarının idxalına qadağa qoyub

07:33 8 Avqust 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+


Tbilisi, 8 avqust, AZƏRTAC
Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi Gürcüstandan ət və ət məhsullarının idxalına qadağa qoyub. Buna səbəb Ermənistanın Armavir vilayətində iki nəfərdə “Sibir xorası” xəstəliyinin qeydə alınması olub. Nazirliyin yaydığı məlumatda deyilir ki, bu günədək ölkədə heyvanlar arasında “Sibir xorası” xəstəliyi qeydə alınmayıb. Həmin şəxslər isə bu xəstəliyə məhz Gürcüstandan gətirilən ət məhsullarından yoluxublar.
Ermənistanın Gürcüstanla sərhədində yerləşən Baqrataşen, Bavra və Qoqovani sərhəd keçid məntəqələrində xüsusi nəzarət qaydaları tətbiq olunur.
Gürcüstandan ət məhsullarının idxalına qadağanın avqustun 19-dək davam edəcəyi bildirilir. Müddətin uzadılacağı da istisna edilmir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenistan_hokumeti_Gurcustandan_et_ve_et_mehsullarinin_idxalina_qadaga_qoyub-876200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR