Qəbiristanlıqda yanğın (VİDEO)

Qəbiristanlıqda yanğın (VİDEO)
07:46 8 Avqust 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonundakı qəbiristanlıqlardan birində yanğın faktı qeydə alınıb. Alovun yaxınlıqdakı neft çəlləklərinə keçməsinin qarşısını almaq mümkün olub.

ANS TV-nin məlumatına görə, Sabunçu rayonu Böyük Şor qəsəbəsində yerləşən qəbiristanlıq ərazisində yanğın baş verib. Məzarlığın ot örtüyündən başlayan yanğın tez bir zamanda ətrafa yayılıb.

Əraziyə cəlb edilən yanğınsöndürənlər çətinliklə olsa da, yanğının yaxınlıqda yerləşən neft çəlləklərinə keçməsinin qarşısını ala bilib.

Hadisə nəticəsində bir çox qəbirlərə ziyan dəyib. Təxminən bir neçə saata yaxın davam edən əməliyyatın sonunda yanğının qarşısı alınıb.

“15 nəfərdən ibarət yanğınsöndürənlərin iştirakı ilə yanğın tam olaraq söndürülüb. Hazırda yanğının digər ərazilərə keçmə ehtimalı yoxdur. İlkin olaraq yanğın ehtiyyatsızlıq səbəbindən baş verib”, – deyə yanğınsöndürən briqadasının rəisi Tərlan Hüseynov bildirib.

Hadisənin qəsdən və ya ehtiyyatsızlıqdan törədilməsi istiqamətində isə araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR