MN: Atəşkəs 110 dəfə pozulub

MN: Atəşkəs 110 dəfə pozulub
10:14 8 Avqust 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 mm-lik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Cəvahirli, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

 

Düşmən cavab atəşi ilə susdurulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR