Facebook-un baş direktoru Mark Zukerberq və məşhur bodibilder, aktyor Dueyn "Rock" ("Qaya") Conson Yaponiyanın paytaxtı Tokiodakı suşi-restoranlardan birində qarşılaşıblar.
Onlar şəkil çəkdiriblər və bu foto sosial şəbəkələrdə lağlağı obyektinə dönüb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Consonla Zukerberqi 1988-ci ildə çəkilmiş "Twins" filmində baş rollarda oynamış Arnold Şvartsneggerlə Deni De Vitoya bənzədiblər.
Fotonu İnstagram-dakı profilində paylaşan 43 yaşlı Conson yazıb: "Facebook-un sahibi ilə qarşılaşmaq və bu sosial şəbəkənin yeni funksiyasını sınayan ilk Hollivud aktyoru olmaq əladır".
31 yaşlı Zukerberq fotonu şərh etməyib.
Milli.Az