Azərbaycan Rumıniyanı məğlub etdi

Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib.

Rumıniya yığması ilə qarşılaşan komandamız 6:2 hesabı ilə qələbə qazanıb. Sabir Allahquliyev, Amid Nəzərov və Ramil Əliyev dubl edib.

Millimiz turnirdə növbəti oyununu avqustun 8-də, Bakı vaxtı ilə saat 19:00-da Moldova yığmasına qarşı keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR