Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edib
14:58 26 Yanvar 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+


Kürdəmir, 26 yanvar, , Adil Ağayev, AzərTAc 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə əsasən, yanvarın 26-da təhsil naziri Mikayıl Cabbarov Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
AzərTAc xəbər verir ki, nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan 57 nəfər vətəndaş iştirak edib.
İnsanların rahatlığının təmin olunması məqsədilə nazirliyin “Qaynar xətt” və “Elektron müraciət” xidmətləri vasitəsilə hər kəsə qabaqcadan qəbula yazılmaq imkanı da yaradılıb. Qəbula yazılma qəbul başlanandan bir saat sonrayadək davam edib.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlər əsasən işədüzəltmə, tədris müəssisələrində yaş həddi, iş yerinə bərpa olunma, dərs saatlarının artırılması, təhsil haqqında sənədlərin tanınması, tədris müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, təhsil haqqının ödənilməsi və bir sıra digər məsələlərlə bağlı olub.
Müraciətlərin çoxu yerindəcə həll edilib. Araşdırılması zəruri hesab olunan bəzi müraciətlərlə əlaqədar nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Vətəndaşlar bölgələrdə bu cür qəbulların keçirilməsinin, onların rahatlığının təmin olunmasının təşəbbüsçüsü olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_naziri_Kurdemirde_vetendaslari_qebul_edib-827498

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR