Bakıda qəbristanlıqda yanğın - VİDEO

Bakıda qəbristanlıqda yanğın - VİDEO
09:27 8 Avqust 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Alovun yaxınlıqdakı neft çəlləklərinə keçməsinin qarşısını almaq mümkün olub.

Sabunçu rayonundakı qəbristanlıqlardan birində yanğın faktı qeydə alınıb. Alovun yaxınlıqdakı neft çəlləklərinə keçməsinin qarşısını almaq mümkün olub.

ANS TV-nin məlumatına görə, Sabunçu rayonu Böyük Şor qəsəbəsində yerləşən qəbristanlıq ərazisində yanğın baş verib. Məzarlığın ot örtüyündən başlayan yanğın tez bir zamanda ətrafa yayılıb.

Əraziyə cəlb edilən yanğınsöndürənlər çətinliklə olsa da, yanğının yaxınlıqda yerləşən neft çəlləklərinə keçməsinin qarşısını ala biliblər.

Hadisə nəticəsində bir çox qəbirlərə ziyan dəyib. Təxminən bir neçə saata yaxın davam edən əməliyyatın sonunda yanğının qarşısı alınıb.

"15 nəfərdən ibarət yanğınsöndürənin iştirakı ilə yanğın tam olaraq söndürülüb. Hazırda yanğının digər ərazilərə keçmə ehtimalı yoxdur. İlkin versiyaya görə, yanğın ehtiyatsızlıq səbəbindən baş verib", - deyə yanğınsöndürən briqadasının rəisi Tərlan Hüseynov bildirib. 

Hadisənin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi istiqamətində isə araşdırmalar aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/361566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR