PKK terrorunun acı statistikası: 23 şəhid...

PKK terrorunun acı statistikası: 23 şəhid...
10:49 8 Avqust 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Son 32 gün ərzində Türkiyədə terror hücumları nəticəsində təhlükəsizlik qüvvələrinin 23 nümayəndəsi şəhid olub, bir nəfəri iranlı olmaqla 11 mülki şəxs terror qurbanına çevrilib, 3-ü iranlı olmaqla 101 nəfər yaralanıb. APA TV xəbər verir ki, bu barədə məlumatı Anadolu Agentliyi yayıb.

 

İyulun 7-dən avqustun 7-dək baş verən atışmalarda 12 terrorçu öldürülüb, 2 terrorçu yaralı vəziyyətdə ələ keçirilib.

 

Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və Türkiyə hüdudlarından kənarda PKK terror təşkilatına aid hədəflərə endirdiyi hava zərbələri nəticəsində terror təşkilatının aralarında rəhbərliyə daxil olan şəxslər də olmaqla 260-dan çox üzvü məhv edilib, 400-dən artıq terrorçu yaralanıb. Davam edən əməliyyatlar zamanı yüzlərlə terrorçu zərərsizləşdirilib.

 

Türkiyənin müxtəlif bölgələrində PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlar nəticəsində iyulun 24-dən indiyədək 1600-ə yaxın adam saxlanılıb və onlardan 314-ü barəsində həbs qərarı çıxarılıb.

 

Türkiyə həbsxanalarında terror təşkilatlarının 6121 üzvü cəza çəkir və ya şübhəli şəxs qismində saxlanılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR