Daş karxanasından 5 min manatlıq elektrik naqili oğurlayanlar saxlandı

Daş karxanasından 5 min manatlıq elektrik naqili oğurlayanlar saxlandı
11:04 8 Avqust 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazaxda elektrik naqili oğurlayan şəxslər saxlanılıb. Qazax rayon Polis Şöbəsindən APA TV-nin Qərb bürosuna verilən məlumata görə, Mingəçevir sakini Anar Quliyev Qazaxa gedərək rayon sakini Qələndər Hüseynovla birlikdə Daş Salahlı kəndində Məmməd Abdulkərimova məxsus daş karxanasından dəyəri 5000 manat məbləğində 300 metr elektrik naqili və daş karxanasında istifadə edilən aparatları hərəkətə gətirmək üçün mühərriki oğurlayıblar. Qazax Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR