Rusiyada itmiş vertolyotda 10 nəfərin qalıqları tapılıb

Rusiyada itmiş vertolyotda 10 nəfərin qalıqları tapılıb
11:14 8 Avqust 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tuva Respublikasında ötən ilin 10 oktyabrında itmiş Mi-8 vertolyotunun qalıqları tapılıb.

 

APA-nın “RİA Novosti”yə  istinadən verdiyi məlumata görə, respublikanın rəhbəri Şolban Kara-ool vertolyotun qalıqlarının aşkarlandığı təsdiqləyib.

 

Mənbənin bildirdiyinə görə, hadisə yerində 10 nəfərin qalıqları da aşkar edilib.

 

Vertolyotun qalıqları ötən gün Kızıl və Todjin rayonları ilə sərhəd Uluq-O çayının yuxarı hissəsində tapılıb. Axtarış aparan mütəxəssislər üzərində “Tıva Avia” yazılan metal parçası tapıblar.

 

Xatırladaq ki, Mi-8 vertolyotu 10 oktyabr 2014-cü il tarixində Soruq yaşayış məntəqəsindən Kızıl şəhərinə uçuş həyata keçirərkən onunla əlaqə kəsilib. Onun göyərtəsində 7 sərnişin və 5 heyət üzvü olub.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR