Müdafiə naziri: Bizim əlimiz yoxdur

Müdafiə naziri: Bizim əlimiz yoxdur
11:16 8 Avqust 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

"İranın nüvə alimlərinin qətlə yetirilməsində İsrailin əli yoxdur". Bu barədə Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində İsrailin müdafiə naziri Moşe Yaalon deyib.

“İsrail Tehranın nüvə proqramı çərçivəsində çalışan İran alimlərinin həyatına görə məsuliyyət daşımır”, - deyə o bildirib.

"Hamıya aydındır ki, İranın nüvə proqramının qarşısı alınmalıdır. Bunun hansı üsullarla həyata keçiriləcəyi isə bir o qədər də prinsipial məsələ deyil", - deyə İsrail rəsmisi qeyd edib.

Yaalon həmçinin əlavə edib ki, İsrail dövləti İranı dayandırmaq üçün maksimum səy göstərəcək.

Müdafiə nazirinin sözlərinə görə, hər bir dövlət kimi İsrail də özünü müdafiə hüququna malikdir.


İsrailin müdafiə naziri Moşe Yaalon


İran alimləri nüvə labaratoriyasında

Həmçinin oxuyun: İran ABŞ və ərəb ölkələrini qorxuya saldı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR