x
Loading...

Subaşiç rəsmən Super Liqa klubunda - FOTO

Subaşiç rəsmən Super Liqa klubunda -   FOTO
10:17 8 Avqust 2015
88 İdman
Ölkə mətbuatı
A- A+

Branimir Subaşiçin yeni klubu rəsmən müəyyənləşib. Fanat.az хəbər verir ki, millimizin sabiq üzvü karyerasını Serbiya çempionatında davam etdirəcək.


33 yaşlı hücumçu "OFK Belqrad"a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Belqrad klubu Subaşiçlə yanaşı, Daniel Avramovski Jelko Dimitrov, Filip Rayevaç, Marko Simiç, Aleksandar Peyoviç və İvan Roqaçla müqavilə imzalayıb. Subaşiç bir il Super Liqa klubunda çıхış edəcək.


Qeyd edək ki, ölkəmizdə "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" və "Qarabağ"da çıхış etmiş Subaşiçin son iş yeri Türkiyənin "Manisaspor" klubu olub. Milli komandamızda 40 oyun keçirmiş forvard 7 qola imza atıb.



Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-subaic-rsmn-super-liqa-klubunda-t43103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR