Bakıda dəhşətli tıxac

Bakıda dəhşətli tıxac
20:36 26 Dekabr 2014
108 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının Babək prospektində avtomobillərin hərəkəti tamamilə dayanıb.

ANS PRESS-in məlumatına görə, bu saatlarda prospektdə yaranan tıxac səbəbindən minlərlə Bakı sakini yollarda qalıb. Sərnişinlərin sözlərinə görə, avtomobillərin hərəkəti tamamilə dayanıb.

Babək prospektində yaranan tıxacın səbəbini öyrənmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq.

Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, Babək prospektində bu saatlara qədər davam edən tıxaca səbəb 2 maddi ziyanla nəticələnmiş qəzanın baş verməsidir. Onun sözlərinə görə, sözügedən yolda "Avtobus" "Mercedes"lə, "Opel" markalı maşın isə "Jiquli" ilə toqquşub:

"Hər iki qəzada avtomobillərə ziyan dəyib. Sürücülər avtomobilləri vaxtında yoldan götürmədiyindən belə bir tıxac yaranıb. Yolda hərəkəti bərpa etmək üçün yol polisi əməkdaşları müvafiq tədbirlər görürlər".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR