Birinci Avropa Oyunları ilə bağlı ölkəmizə daha 200 “London taksi”si və avtobuslar gətiriləcək

Birinci Avropa Oyunları ilə bağlı ölkəmizə daha 200 “London taksi”si və avtobuslar gətiriləcək
15:03 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Birinci Avropa Oyunları ilə bağlı ölkəmizə gələcək əcnəbilərin, idmançıların, həmçinin əhalinin yol-nəqliyyat sahəsində gediş-gəlişini təşkil etmək üçün xüsusi proqram hazırlanıb.
AzərTAc xəbər verir ki, bu barədə nəqliyyat naziri Ziya Məmmədov açıqlama verib.
Nazir Azərbaycanda iyun ayında keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar dəhlizlərin və yolların artıq məlum olduğunu və buna görə də respublikaya yeni nəqliyyat vasitələrinin gətiriləcəyini söyləyib. Artıq 300 “London taksi”si gətirilib və bu avtomobillərə dövlət qeydiyyat nişanı verilib. Yaxın zamanda ölkəyə daha 200 bu tip taksi gətiriləcək.
Z. Məmmədov deyib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq sərəncama əsasən yaradılan “BakuBus” MMC vasitəsilə respublikaya “İveco” markalı avtobusların gətirilməsi gözlənilir.
“Bundan başqa, sürücülərin dil maneəsinin aradan qaldırılması, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində də işlər görülür”,- deyə nazir vurğulayıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birinci_Avropa_Oyunlari_ile_bagli_olkemize_daha_200_London_taksisi_ve_avtobuslar_getirilecek-827504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR