x
Loading...

İtmiş vertolyotun və göyərtəsindəki 10 nəfərin qalıqları tapıldı

İtmiş vertolyotun və göyərtəsindəki 10 nəfərin qalıqları tapıldı
10:37 8 Avqust 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tuva Respublikasında ötən ilin 10 oktyabrında itmiş Mi-8 vertolyotunun qalıqları tapılıb.

APA-nın "RİA Novosti"yə  istinadən verdiyi məlumata görə, respublikanın rəhbəri Şolban Kara-ool vertolyotun qalıqlarının aşkarlandığı təsdiqləyib.
 
Mənbənin bildirdiyinə görə, hadisə yerində 10 nəfərin qalıqları da aşkar edilib.
 
Vertolyotun qalıqları ötən gün Kızıl və Todjin rayonları ilə sərhəd Uluq-O çayının yuxarı hissəsində tapılıb. Axtarış aparan mütəxəssislər üzərində "Tıva Avia" yazılan metal parçası tapıblar.
 
Xatırladaq ki, Mi-8 vertolyotu 10 oktyabr 2014-cü il tarixində Soruq yaşayış məntəqəsindən Kızıl şəhərinə uçuş həyata keçirərkən onunla əlaqə kəsilib. Onun göyərtəsində 7 sərnişin və 5 heyət üzvü olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR