Ağstafalı fermerlər 140 hektar sahədə bol bostan məhsulları yetişdiriblər

Ağstafalı fermerlər 140 hektar sahədə bol bostan məhsulları yetişdiriblər
11:58 8 Avqust 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağstafa, 8 avqust, AZƏRTAC
Ağstafalı fermerlər 140 hektar sahədə bol bostan məhsulları yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bostançılıqla məşğul olan sahibkarlar indiyədək sahələrdən 1467 ton məhsul toplayıblar. Hər hektardan orta məhsuldarlıq 104,8 sentner təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 ton çox məhsul yığılıb. Məhsuldarlıq isə 1,2 sentner yüksəkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafali_fermerler_140_hektar_sahede_bol_bostan_mehsullari_yetisdiribler-876226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR