Akif İslamzadə üçün xoş gün

Akif İslamzadə üçün xoş gün
12:01 8 Avqust 2015
96 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün unudulmaz ifaları ilə Azərbaycan musiqisinə böyük töhfələr vermiş sənətçi Akif İslamzadənin doğum günüdür. 

Axşam.az AzNews.az-a istinadən xəbər verir ki, Akif İslamzadə “Alagözlüm”, “Sarı gəlin”, “Bu gecə” ifaları ilə Azərbaycan musiqisinə damğasını vurub. Lakin müğənninin səsi qəfildən tutulub.

Böyük sənətkar A.İslamzadə doğum günü ilə bağlı təəssüratlarını bölüşüb. O, şad gününü ailəsi ilə birgə keçirdiyini deyib:

“67 yaşımı doğmalarımla, əzizlərimlə keçirəcəyəm. Düşünürəm ki, insanın şad gününü əzizləri ilə paylaşmasından gözəl heç nə ola bilməz”.

Müğənni özünü bundan sonra səhnədə görmədiyini də deyib:

“Hətta səsim qayıtsa belə bundan sonra səhnəyə qayıtmaram.Səhnə mənlik deyil daha”.

Qeyd edək ki, Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=34953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR