Neftin qiyməti 48 dollara düşdü (FOTO)

Neftin qiyməti 48 dollara düşdü (FOTO)
12:06 8 Avqust 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,79 dollar ucuzlaşaraq 43,87 dollar olub.

Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar azalaraq 48,61 dollar təşkil edib.

Ümumiyyətlə, neftin qiymətlərinin son 6 həftədə ucuşlaşması prosesi davam edib. Qiymətlərin düşməsinə əsas səbəb dünya neft bazarının xammalla dolu olmasından başqa, həm də son həftələrdə dolların bahalaşmasıdır. Avqustun 7-də Brent markasından olan neftin qiyməti 70 sent ucuzlaşaraq bir barrel üçün 48,82 dollar olub. Beləliklə "Brent" markalı nefti təkcə bu həftə ərzində 7 faiz ucuzlaşıb.

Ekspertlər neft qiymətlərinin qarşıdan gələn aylarda da təzyiq altında olacağını bildirirlər. Onların fikrincə, yay avtomobil səyahətləri mövsümünün başa çatması ilə neftə tələbat daha da azalacaq.


"Qara qızıl" qiymətdən düşür

Həmçinin oxuyun:

Neft dünyanı qorxuya salır
Neft son 45 ildə görünmədiyi qədər ucuzlaşa bilər
Bu il neft ilk dəfə bu qədər ucuzlaşdı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=314776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR