Ramal: "Məni susdura bilməzlər"

Ramal: "Məni susdura bilməzlər"
12:12 8 Avqust 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

"Hərənin öz peşəsi var. Əsas odur ki, insan olaq. Həyatda kimləsə küsə də, barışa da bilərsən. Çalışın, içinizdə kin qalmasın. Kimdənsə qəddarcasına küsmək olmaz".
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Star life" verilişinə müğənni Ramal İsrafilov deyib. O, kinli olmadığını, heç kimdən küsmədiyini bildirərək, həmkarlarını mehriban olmağa səsləyib:

"Sağlam beyin varsa, ətrafında da yaxşı dostlar olacaq. Yaşım az olsa belə, illər əvvəlki sənətkarları yadıma salıram. Şən, deyib-gülən biriyəm. Kinli deyiləm, amma kaş olaydım. Mülayim xasiyyətimə görə atama oxşamışam. Mənə irad tuturlar ki, düz eləmirsən. Dostlarım deyirlər ki, qürurlu ol. Əgər qüruru sadəliklə ölçürlərsə, heç olmaq istəmirəm".

R.İsrafilov musiqi sevgisindən də bəhs edib:

"İçində sənət olan insan yaradıcıdır. Yaşadıb, musiqimizi sevməliyik. Məni heç kim, heç nə musiqidən ayıra bilməz. Ailədə belə məni susdura bilməzlər. Onunla yaşayıram, böyüyürəm, qidalanıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/361583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR