Azərbaycanda diabet xəstələrinin sayı açıqlanıb

12:28 8 Avqust 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 avqust, AZƏRTAC
2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan şəkərli diabet xəstələrin sayı cəmi 25152 nəfərdir. Onlardan 21381 nəfəri insulindən asılı olmayan xəstələrdir. İnsulindən asılı olanların sayı isə 3576 nəfərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsində məlumat verilib.
Statistik rəqəmlər ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, 2000-ci ildə ölkəmizdə ilk dəfə qoyulan diaqnozla qeydə alınan diabet xəstələrin sayı 5792 nəfər olub.
Rəsmi nəşrdə o da bildirilir ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan diabet xəstələrinin sayı 194520 olub. 2000-ci ildə isə bu rəqəm 42448 nəfər təşkil edib.

 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_diabet_xestelerinin_sayi_achiqlanib-876234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR