Türkiyə müharibəyə hazırlaşır

Türkiyə müharibəyə hazırlaşır
12:51 8 Avqust 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyə genişmiqyaslı əməliyyata hazırlaşır". ANS PRESS-in məlumatına görə,
bunu İŞİD terror qruplaşmasına qarşı qurulan beynəlxalq koalisiya ölkələrindən birinin rəsmi şəxsi deyib.

Mənbə Türkiyə ilə ABŞ arasındaki razılaşmaya dair məlumatlar verib. Ankaradakı nümayəndə bildirib ki, yaxın gələcəkdə Türk Hava Qüvvələrinin İŞİD-a qarşı genişmiqyaslı əməliyyata başlayacağını gözləyirlər.

"Türkiyədən İŞİD-a hava əməliyyatı həyata keçirməsii istədik. PKK probleminin həllinə qayıdış üçün isə terrorçular hücumlara son verməlidirlər".

O, deyib ki, barəsində danışılan hava əməliyyatları koalisiya qüvvələri ilə birlikdə olacaq.

Türkiyə qırıcıları


"Türkiyə İncirlikdən başqa bazalarını koalisiya qüvvələri üçün açacaqmı?" sualına cavabında isə adı açıqlanmayan rəsmi şəxsin cavabı maraqlı olub. O, deyib ki, Türkiyənin birdən çox bazanı açması ilə bağlı təklifləri olub.

Koalisiya qüvvələri rəsmisi PKK-nı terror təşkilatı kimi tanıdıqlarını da vurğulayıb.

Xatırladaq ki, Türkiyə terrorla genişmiqyaslı mübarizəyə iyulun 20-də Surucda baş verən terror aktından sonra başlayıb. Bu akt nəticəsində 32 nəfər ölüb, onlarla insan yaralanıb.

Daha sonra Türkiyə Hava Qüvvələri Suriya ilə sərhəddə yerləşən İŞİD hədəflərini bombalayıblar. PKK bundn istifadə edərək ölkədə bir çox etiraz aksiyaları və nümayişlər keçirib, magistral yollarda avtomobillərə hücum edib, onları yandırıb. Türkiyə təhlküəsizlik qüvvələri PKK terrorçuları ilə mübarizəni də gücləndirib, terrorçuların hədəfləri bombardıman edilib.

Ölkədə son bir ayda baş verən silahlı hücumlar nəticəsində 20-dən çox şəhid verilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR