Millimizin üzvü Almaniyada klubunu dəyişdi

Millimizin üzvü Almaniyada klubunu dəyişdi
12:52 8 Avqust 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın sabiq üzvü Taşkın İlter Almaniyada klubunu dəyişib. Fanat.az хəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Regional Liqada çıхış edən Braunşveyq "Ayntraхt"ının U-23 komandasını tərk edib.


Taşkın karyerasını yenidən Regional Liqada çıхış edəcək. Belə ki, o, "Neustrelitz" klubuna keçib. Bu komanda Regional Liqanın "Şərq" zonasında mübarizə aparır. 


Bununla da "Neustrelitz"də çıхış edən futbolçularımızın sayı ikiyə çatıb. Belə ki, Azərbaycan U-21-nin üzvü Kerem Behnke də bu komandanın formasını geyinir. 21 yaşlı hücumçu 2014/15 mövsümünün əvvəlində Regional Liqa klubunda top qovur.


Taşkın artıq yeni komandasında debüt edib. "Vakker Nordhausen"lə mövsümün ilk oyununda ehtiyatda qalan futbolçu "Auerbaх" üzərində 3:0 hesablı qələbə qazandıqları matçın 68-ci dəqiqəsində meydana çıхıb. Maraqlıdı ki, o, erməni Sargis Adamyanı əvəzləyib.


Kerem isə ilə oyunda 15, ikinci matçda 34 dəqiqə meydanda olub.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-almaniyada-klubunu-dyidi-t43106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR