Valdez transfer olundu

Valdez transfer olundu
13:17 8 Avqust 2015
44 İdman
Ölkə mətbuatı
A- A+

Paraqvay millisinin təcrübəli futbolçusu Nelson Valdez karyerasını Amerikada davam etdirəcək. Mill.Az goal.az-a istinadən bildirir ki, Valdez "Seattle Sounders" klubu ilə anlaşıb. Vaşinqton klubu 31 yaşlı hücumçunu "Bekhem qaydaları" kimi tanınan qaydalarla transfer edib. 2007-ci ildən tətbiq olunan bu sistem MLS klublarına maaş protokolu ilə bağlı məhdudiyyətlər qoyulmayan 1 futbolçunu heyətə qatmağa imkan verir. Paraqvaylı futbolçu "Sounders"də Klint Dempsi və Obafemi Martins kimi təcrübəli futbolçularla ön xəttdə çıxış edəcək. 

Qeyd edək ki, Valdezin son klubu millimizin qapıçısı Emil Balayevin də formasını geydiyi "Eintracht Frankfurt" klubu olub. 
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR