Ünvanlı sosial yardımlar üçün müraciətlər elektronlaşacaq

Ünvanlı sosial yardımlar üçün müraciətlər elektronlaşacaq
15:14 26 Yanvar 2015
163 Sosial
Ölkə mətbuatı
A- A+

“Sosial yardımların təyinatında nəzarətin gücləndirilməsi nəticəsində ünvanlı yardım alan ailələrin sayı 35,5 faiz azalaraq 92514-ə enib”. Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin kollegiya iclasında bildirib. Onun sözlərinə görə, bu azalma digər tərəfdən hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləğinin 23,5 faiz artaraq 155 manata çatması ilə müşaiyət olunub:“Ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomatlaşdırılması işləri artıq yekunlaşır. Yaxın 3-4 ay ərzində bu yardımlar üçün müraciətlərin elektron qaydada qəbuluna və yardım təyinatlarının avtomatlaşdırılmasına başlanacaq”. 

S.Müslümov qısa müddətdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılması və tətbiqini hesabat dövrünün mühüm uğurlarından biri kimi dəyərləndirib: “Hazırda bu sistem yalnız əmək hüquqlarının təminatına deyil, ümumən əmək bazarına dövlət tərəfindən ən səmərəli nəzarət mexanizmini təmin edir”. Nazir hesabat dövründə həyata keçirilən dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 20417 halda əmək qanunvericiliyinin pozulması faktının aşkar edildiyinə toxunub: “Həmin hüquq pozuntularına yol vermiş işəgötürənlərə qarşı qanunvericiliyə əsasən cərimələr tətbiq olunub. Qeyd olunan cərimələrin 44,6%-i, yəni 1915347 manatı artıq dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur. Həmçinin ötən il işəgötürənlər tərəfindən gecikdirilmiş ümumilikdə 527574 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib”. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR