Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
14:28 8 Avqust 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 8 avqust, AZƏRTAC
Muxtar respublikada İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi ilə yeniyetmələr arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, yarışın keçirilməsində məqsəd məktəblilərin yay tətilində asudə vaxtlarını daha səmərəli təşkil etməkdən ibarətdir.
İlham Əliyev adına Olimpiya İdman Kompleksinin və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 4 yaş qrupunda 40-a yaxın idmançı iştirak edib.
Yarışda 2001-ci il təvəllüdlü idmançılar arasında Vüqar Nəsirli, 2002-ci il təvəllüdlü idmançılar arasında Məhəmməd Abasquliyev, 2003-cü il təvəllüdlü idmançılar arasında Amil Kətanov, 2004-2006-cı il təvəllüdlü idmançılar arasında isə Abdulla Əlisoy mübarizə apararaq birinci yerə layiq görülüblər.
Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara diplom və fəxri fərmanlar təqdim edilib.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Uzguchuluk_uzre_Naxchivan_seher_birinciliyi_kechirilib-876254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR