Piyadanı vurub qaçan sürücü həbs edilib

Piyadanı vurub qaçan sürücü həbs edilib
13:44 8 Avqust 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

 Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü həbs edilib.

 

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, paytaxtın Nəsimi rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub.

 

Belə ki, avqustun 7-də saat 04:30-da rayonun A.Mustafayev küçəsi 3007-ci məhəllənin qarşısında naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Namazov Məzahir Sədi oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı

xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

 

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “VAZ 21725” markalı AZ 04-BL-046 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ağcabədi rayonu, Hindarx kənd sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Xalıq Allahverən oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR