Zamiq Hüseynovun yeni sevdası

Zamiq Hüseynovun yeni sevdası
14:47 8 Avqust 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Zamiq Hüseynov aktyorluq sevdasına düşüb. 

Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında film təklifləri aldığını bildirib:

"Eləsini seçməliyəm ki, ilk işimlə gözəl imza atım. Ssenarilər var, oxuyuram. Yaxşısını seçəcəm. Ssenarilərin hamısı romantikdir. Mənə də bu uyğundur. Özüm də belə filmləri və kriminal janrı xoşlayıram. Tərəf-müqabilimin gözəl və ya kifir olması fərq etmir. Rejissor kimi seçsə, o da çəkiləcək".

Z.Hüseynov qızlarda xoşladığı xüsusiyyətdən də danışıb:

"Mənim üçün əsas odur ki, ürəyi gözəl olsun. Xarici gözəllik önəmli deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/361655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR