x
Loading...

Viktor Yuşşenko: Ukrayna iqtisadiyyatı iflasa doğru gedir

Viktor Yuşşenko: Ukrayna iqtisadiyyatı iflasa doğru gedir
13:48 8 Avqust 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+


Kiyev, 8 avqust, AZƏRTAC
Ukraynanın indiki hakimiyyət orqanları ölkənin idarə edilməsində yol verdikləri səhvləri Donbasda müharibə getməsi ilə izah etməyə çalışırlar.
AZƏRTAC xəbər verir ki, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko bu fikri “112 Ukrayna” telekanalının efirində səsləndirib.
O qeyd edib ki, iqtisadiyyatın tənəzzülünə müharibənin dəxli yoxdur.
V.Yuşşenko vurğulayıb: “Əgər siz pulun və qiymətlərin sabitliyi məsələsini həll etməmisinizsə, maliyyə sabitliyinin pozulmasına yol vermisinizsə, əgər siz qiymətlərə və valyuta məzənnəsinə nəzarəti itirmisinizsə, onda ... Ukrayna iqtisadiyyatı son 24 ildə ən dərin iflasa doğru gedir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Viktor_Yussenko_Ukrayna_iqtisadiyyati_iflasa_dogru_gedir-876257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR