Litva Seyminə Sülh Bayrağı təqdim ediləcək

Litva Seyminə Sülh Bayrağı təqdim ediləcək
15:03 8 Avqust 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+


Vilnüs, 8 avqust, AZƏRTAC
Sentyabrın 10-da Litva parlamentinin payız sessiyasının ilk günü Seymə Sülh Bayrağı təqdim ediləcək.
AZƏRTAC ELTA-ya istinadla xəbər verir ki, fəxri mükafatı BMT yanında Sülh Bayrağı Beynəlxalq Komitəsinin rəhbəri, Latın Amerikasının məşhur aktrisası Alisiya Rodriqes Fernandes təqdim edəcək.
Sülh Bayrağı sülhü dəstəkləməklə bəşəriyyətin incəsənət, elm və mədəni dəyərlərini qorumağın rəmzi öhdəliyidir. Bayraq Prezident Alqirdas Brazauskas adına zalda mühafizə olunacaq və Sülh Bayrağı Gününün hər il qeyd olunduğu aprelin 15-də Seymin binasının yaxınlığındakı İstiqlaliyyət meydanında qaldırılacaq.
Bayrağın tarixi 80 il əvvəl imzalanmış, incəsənət, elm və tarixi abidələrin həm müharibə, həm də dinc dövrdə qorunması öhdəliyini qarşıya qoyan Rerix paktına gedib çıxır. BMT yanında Sülh Bayrağı Beynəlxalq Komitəsinin Litva əlaqələndiricisi Aukse Norvilenenin sözlərinə görə, mədəniyyət və mədəni irsin qorunması və dəstəklənməsində Litvanın xidmətlərini dünyada yüksək qiymətləndirirlər. A.Rodriqes Fernandes isə dünyaya təxminən 3 min bu cür bayraq təqdim edib.

Nigar Cəfərli
AZƏRTAC-n xüsusi müxbiri
Vilnüs

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Litva_Seymine_Sulh_Bayragi_teqdim_edilecek-876259

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR