Televizora baxmağın böyük bəlası

Televizora baxmağın böyük bəlası
15:22 8 Avqust 2015
99 Sosial
Ölkə mətbuatı
A- A+

ABŞ-da aparılan araşdırmalara görə, televizor izləmək beyinə mənfi təsir edir və alzaymer riskini artırır.

Publika.az yazır ki, araşdırmada iştirak edən alimlər bildirirlər ki, hər gün 4 saatdan çox televizora baxan insanların alzaymerə yaxalanmaq riski çox yüksəkdir. Araşdırmada mindən çox insan iştirak edib. Onların gündəlik həyatları düz 25 il boyunca alimlər tərəfindən müşahidə edilib. Nəticədə məlum olub ki, televizor hər bir şəxsin beyin hüceyrələrinə pis təsir etsə də, uşaq və gənclər üçün daha çox təhlükə ehtiva edir.
 
Araşdırmanı aparan elm adamları, sadəcə, televizor izləyən insanların deyil, elektriklə işləyən əşyalardan asılı olan hər kəsin təhlükə altında olduğunu vurğulayıblar.
 
Alimlər bu təhlükənin qarşısını almaq üçün daha az televizor izləməyi, kompüter qarşısında çox oturmamağı, idmanla məşğul olmağı və krossvord həll etməyi məsləhət görürlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/361661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR