Bakı, 8 avqust, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tullantıların emalı departamenti bu ilin birinci yarısında “Sifarişçi" təşkilatlardan qəbul etdiyi 28 min 949 ton/kubmetrdən çox müxtəlif növ tullantıları texnoloji reqlamentə uyğun təmizləyərək zərərsizləşdirib.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə departamentin 6-cı sahəsində Heydər Əliyev adına neft emalı zavodundan mexaniki təmizləyici qurğulara daxil olan 4 milyon 482 min kubmetrə qədər sənaye çirkab, axıntı suları təmizlənib və texnoloji proseslər nəticəsində formalaşan 6 min 346 tona qədər neftşlam müasir qurğular vasitəsilə emal edilərək zərərsizləşdirilib. Departamentin 4-cü sahəsində isə (Heydər Əliyev adına NEZ-in 9 saylı sahəsi) 2 milyon 691 min kubmetrdən çox sənaye çirkab suları təmizlənib, 4 min 440 ton neftşlam emal olunaraq zərərsizləşdirilib. Altı ayda "AAS-EKOL" MMC-dən departamentin 3-cü sahəsinə (Parafin sexinə) daxil olan 57 tona qədər ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılıb.
Ötən dövrdə QSC-nin "Sifarişçi" təşkilatlardan qəbul edilən 28 min 949 ton/kubmetrdən çox müxtəlif növ tullantılar departament tərəfindən texnoloji reqlamentə uyğun təmizlənərək zərərsizləşdirilib.