Rusları yenə qovurlar

Rusları yenə qovurlar
15:21 26 Yanvar 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Rusiya nümayəndə heyətinin səlahiyyəti məsələsi yanvarın 28-də müzakirə ediləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya nümayndə heyətinin üzvü Aleksey Puşkov bildirib.

"Əgər səsvermənin nəticələri bizi məyus edərsə, biz bir il müddətinə AŞPA-da işimizi dayandırmalı olacağıq. Bunun məsuliyyəti isə bu qərarı qəbul etmişlərin üzərinə düşəcək", - defə Dövlət Dumasının sədri Sergey Narışkin bildirib.

2014-cü ilin aprel ayında keçirilmiş sessiyada AŞPA Rusiya nümayəndə heyətini 2015-ci ilin yanvar ayına qədər səs hüququndan məhrum edib. Bu addım Krımın Rusiya tərəfindən ilhaqı ilə bağlı edilib.

Onda Rusiya deputatları və senatorları etiraz əlaməti olaraq sessiyanı tərk etmişdilər və AŞPA ilə əməkdaşlıqdan imtina etmişdilər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR