Avtobus istinad divarına çırpıldı: 9 ölü

Avtobus istinad divarına çırpıldı: 9 ölü
15:52 8 Avqust 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə dəhşətli yol qəzası baş verib. Balıkəsir şəhəri yaxınlığında suriyalıları aparan avtobus istinad divarına dəyərək aşıb. 

Anspress-in məlumatına görə, qəza nəticəsində 9 nəfər ölüb. Çox sayda yaralının olduğu bildirilir. 8 nəfər hadisə yerində, 1 nəfər isə xətəxanada ölüb. Yaralıların bölgədəki xəstəxanalara yerləşdirildiyi bildirilir. Ölənlərin sayının artacağı istisna edilmir. 

Anadolu agentliyinin müxbirini 25 nəfər sərnişin tutan avtobusa 40 nəfərdən artıq insan mindirildiyini deyib. 
Qəzaya da səbəb məhz bu amilin olduğu istisna edilmir. 

Xatırladaq ki, Suriyada 4 ildən çoxdur davam edən vətəndaş müharibəsi nəticəsində 1,6 milyon insan qaçqın düşüb. Onların böyük əksəriyyəti isə qonşu Türkiyədə sığınacaq tapıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR