x
Loading...

Vətəndaşlar iyulda "İş yerinə dair arayış" e-xidmətindən 18 min 547 dəfə faydalanıblar

Vətəndaşlar iyulda "İş yerinə dair arayış" e-xidmətindən 18 min 547 dəfə faydalanıblar
15:38 8 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 8 avqust, AZƏRTAC
"Elektron hökumət" portalında aktual olan daha bir elektron arayışın statistikası açıqlanıb. Statistikaya əsasən, iyulda vətəndaşlar "İş yerinə dair arayış" elektron xidmətindən 18 min 547 dəfə faydalanıblar.
Portalın operatoru Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu elektron arayış vətəndaşlara kredit götürmək üçün bir sıra banklara və kredit təşkilatlarına müraciət etmək imkanı verir. "İş yerinə dair arayış"ın əldə edilməsi üçün "Elektron hökumət" portalında autentifikasiyadan keçmək tələb olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vetendaslar_iyulda__quotIs_yerine_dair_arayis_quot_e_xidmetinden_18_min_547_defe_faydalaniblar-876277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR