Özbəkistanın podrobno.uz portalı Bakı-Tbilisi-Qars dəmiryol layihəsi haqqında məqalə yerləşdirib

Özbəkistanın podrobno.uz portalı Bakı-Tbilisi-Qars dəmiryol layihəsi haqqında məqalə yerləşdirib
15:23 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Daşkənd, 26 yanvar, AzərTAc
Daşkənddəki “podrobno.uz” portalında Bakı-Tbilisi-Qars dəmir yolu haqqında Aleksandr Jeleznyakın rus dilində yazılmış “Avropa və Asiyanı birləşdirən nəhəng Azərbaycan layihəsi” adlı məqaləsi yerləşdirilib.
Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin müəllifinin Azərbaycan olduğu və Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində 2007-ci ildən bu möhtəşəm layihənin icrasına başlanıldığı qeyd edilir. Nəqliyyat dəhlizinin üç ölkənin dəmiryol şəbəkəsini birləşdirməklə yanaşı, tarixi İpək Yolunun bərpası olduğu da vurğulanır.
Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin layihə ilə bağlı müqavilənin imzalanması mərasimində söylədiyi fikirlərə də yer verir: “Bu layihə bizi bir daha birləşdirəcək, əməkdaşlığımızı genişləndirəcək, dövlətlərimizin iqtisadi maraqlarına cavab verməklə yanaşı, regionda sülhü, sabitliyi möhkəmləndirəcəkdir”.
Yazıda Azərbaycan Dövlət Neft Fondunun maliyyələşdirdiyi bu layihəyə gələcəkdə hazırda blokadada olan Naxçıvan Muxtar Respublikasının da qoşulacağı qeyd olunur.
Məqalədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bu layihədən kənarda qaldığı xüsusi vurğulanır.
Müəllif Bakı-Tbilisi–Qars nəqliyyat dəhlizinin Xəzər dənizindən keçməklə Mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edir.
Material səfirlik və Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi Özbəkistan mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinə “Azərbaycan iqtisadiyyatı” nominasiyası üzrə təqdim olunub.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ozbekistanin_podrobnouz_portali_Baki_Tbilisi_Qars_demiryol_layihesi_haqqinda_meqale_yerlesdirib-827512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR