Qubada qeydə alınan 5 bal gücündə zəlzələ rayonda heç bir fəsad törətməyib

15:23 26 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+


Quba, 26 yanvar, Elxan Yusifli, AzərTAc 
Yanvarın 26-da Qubada qeydə alınan 5 bal gücündə zəlzələ rayonda heç bir fəsad törətməyib.
Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov AzərTAc-a eksklüziv açıqlamasında bildirib ki, zəlzələdən sonra dağıntı və ya xəsarət barədə onlara məlumat daxil olmayıb. Komissiyanın sədri deyib ki, zəlzələ qeydə alındıqdan dərhal sonra rayon icra hakimiyyətinin əməkdaşları yerlərdəki müvafiq icra strukturları ilə əlaqə saxlayaraq vəziyyət barədə operativ məlumat toplayıblar. Zəlzələ nəticəsində ucqar dağ kəndlərində də dağıntı qeydə alınmayıb.
Dağıntı olmasa da səhər 07:30-da qeydə alınan zəlzələ Quba, Xaçmaz, Xızı və şimal bölgəsinin digər rayonlarının sakinlərini həyəcanlandırıb. Xüsusilə yüksək mərtəbəli binalarda yaşayan sakinlər yeraltı təkanları daha çox hiss ediblər. Bəzi vətəndaşlar mənzillərini tərk edərək yaşayış binalarının həyətlərinə düşüblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumatda zəlzələnin yerli vaxtla saat 07:30-da Qubadan 27 kilometr cənub-şərqdə qeydə alındığı, yeraltı təkanların episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunduğu bildirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qubada_qeyde_alinan_5_bal_gucunde_zelzele_rayonda_hech_bir_fesad_toretmeyib-827511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR