"Azərbaycan milli komandası rəqiblərinə başağrısı ola bilər"

"Azərbaycan milli komandası rəqiblərinə başağrısı ola bilər"
17:22 8 Avqust 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Azərbaycan yığmasının və İsveçin "Kalmar" klubunun müdafiəçisi Emin Nurinin azerisport.az saytına müsahibəsini təqdim edir.

- "Kalmar"da sabit çıxış etsəniz də, daha yığmamıza dəvət almırsınız. Sizcə, bu, nə ilə əlaqədardır?

- Mən bu barədə heç nə deyə bilmərəm.

- Artıq millimizə dəvət almaq ümidinizi itirmisiniz?

- Xeyr, ümidimi itirməmişəm. Fikrimcə, mənim də vaxtım gələcək və yığmaya dəvət alacağam. Şans istənilən vaxt yarana bilər. Yığmada oynamağı çox istəyirəm. Dəvət alsam, özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam.

- Yığma komandanın oyunlarını izləyirsiniz?

- Əlbəttə. Fikrimcə, Robert Prosineçki yığmamızın baş məşqçi postunda uğur qazana biləcək.

- DÇ-2018-in seçmə mərhələsində millimizin hansı komandalara rəqib olduğunu bilirsiniz?

- Bəli. Amma heç də asan qrup deyil.

- Millimizin şansları barədə nə düşünürsünüz?

- Azərbaycan yığması həmişə xarakter nümayiş etdirməsi ilə seçilib. Çətin qrupa düşsək də, millimiz rəqibləri üçün başağrısı ola bilər.

- Azərbaycan klublarından təklif almamısınız?

- Xeyr, mənə heç bir konkret təklif gəlməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR