Gənclər təşkilatı Qubada yarış təşkil etdi

Gənclər təşkilatı Qubada yarış təşkil etdi
15:24 26 Yanvar 2015
210 Sosial
Ölkə mətbuatı
A- A+

 

Gənclər üçün Təhsil Mərkəzi Quba rayonunda yeni regional ofisinin açılışı münasibəti ilə 1-ci İntellektual Bilik Yarışı keçirilib.

 

 

Lent.az-ın məlumatına görə, yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsini stimullaşdırmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlər və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.

 

 

Quba Gənclər Mərkəzində baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hər tərəfli inkişafları üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb və bildirib ki, bu günkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.

 

 

 

Daha sonra komandaların iştirakı ilə yarış başlanıb. 100-dən artıq gəncin iştirak etdiyi yarışın qalibləri Mərkəz tərəfindən mükafatlandırılıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR