Zaqatalada tərəvəz istehsalında artım qeydə alınıb

Zaqatalada tərəvəz istehsalında artım qeydə alınıb
17:38 8 Avqust 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 8 avqust, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında tərəvəz yığımı davam edir.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, cari ildə rayonda 2100 hektar sahədə tərəvəz bitkiləri əkilib. Mövsümün əvvəlindən indiyədək 1728 hektar sahənin məhsulu yığılıb, 9 min tondan çox tərəvəz istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 52,1 sentner təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə tərəvəz istehsalı 73 ton artıb.
Təsərrüfatlarda kartof yığımı isə artıq başa çatıb. Fermerlər mövsüm ərzində 1540 hektar kartof sahəsindən 18 min 481 ton məhsul götürüblər. Əvvəlki illə müqayisədə məhsul istehsalı 3 min 761 ton artıb. Hər hektardan məhsuldarlıq ötən ilə nisbətən 24 sentner artaraq, 120 sentner təşkil edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalada_terevez_istehsalinda_artim_qeyde_alinib-876290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR