Tanınmış sənətçiyə xərçəng diaqnozu qoyuldu

Tanınmış sənətçiyə xərçəng diaqnozu qoyuldu
16:56 8 Avqust 2015
Ölkə mətbuatı
A- A+

1990-cı illərdə çıxardığı “Yüreyim rehin” (“Ürəyim əsir”) albomu ilə musiqi dünyasında böyük səs-küy yaradan Naşidə Göktürkdən pis xəbər var.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, Türkiyənin tanınmış sənətçisinə xərçəng diaqnozu qoyulub. Bu barədə Naşidənin sənət dostu Onur Akay “Twitter” səhifəsində yazıb:

“Dəyərli sənətçimiz Naşidə Göktürk xərçəng xəstəsi olduğunu öyrənmiş və kimyəvi terapiyaya başlamışdır. Naşidə sevənlərinə “mənə yazığınız gəlməsin” deyir. Mən heç də pis olmadım. Çünki səsi kimi özü də güclüdür. Bu xəstəliyə qalib gələcək, İnşallah!”


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=34977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR