Öskürürsən? Şokolad ye!

Öskürürsən? Şokolad ye!
17:57 8 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Alimlər şokoladın daha bir faydalı xüsusiyyətindən danışıblar. AZƏRTAC "Newsland" saytına istinadla xəbər verir ki, onun qoxusu orqanizmin viruslara müqavimət göstərmək bacarığına təsir edir.

"Ladyportal"ın yazdığına görə, şokoladın qoxusu immuniteti artırır. Məsələ bundadır ki, şokoladın qoxusunu nəfəsə çəkəndən sonra orqanizmdə "A" sinfindən olan immunoqlobulinlərin (anticisimlər) əmələ gəlməsi sürətlənir.

Bu, şokoladın soyuqdəymə xəstəliklərinə qarşı mübarizədə heç də yeganə xidməti deyildir. Lap bu yaxınlarda kanadalı mütəxəssislər tərəfindən sübuta yetirilib ki, şokolad öskürəyi müalicə edir. Şokoladın tərkibində öskürməyə qarşı təsir gücünə malik teobromin maddələri var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR