[ 26 Dekabr 2014 20:44 ]
APA-nın qərb bürosunun verdiyi məlumata görə parkın açılış mərasimində Ağstafa rayon İcra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.
Qeyd olunub ki, kənd sakinləri ilə keçirilən səyyar qəbulda sakinlərin kənddə park salınması təklifi rayon İcra hakimiyyəti tərəfindən dəstəklənib. Qısa zaman içərisində kəndin mərkəzində istirahət üçün hər cür şəraiti olan park salınıb. Respublikada ilk dəfə olaraq “Bələdiyyə parkı” yaradılıb. Parkın ərazisində 10 ədəd istirahət çardağı qurulub, müasir oturacaqlar qoyulub və parkın ərazisinə 1200 kvadratmetr üzlük daş düzülüb. Parkın ətrafına dekorativ hasar çəkilib və parkda iaşə obyekti tikilib.