Bakı sakini güllələndi

Bakı sakini güllələndi
15:27 26 Yanvar 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

Qobustanda ov zamanı bədbəxt hadisə baş verib
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, yanvarın 24-də Qobustan rayonunun Xilmilli kəndində Qəbələ rayon sakini İdris Murtuzov, Abşeron rayon sakini Şəmsəddin İsayev, Bakı şəhər sakinləri İlqar YusifovRəhman Əhmədov ov edərkən Ş.İsayevə məxsus tüfənglə ehtiyatsız davranan İ.Murtuzov açdığı atəşlə R.Əhmədova bud nahiyəsindən xəsarət yetirib. Nəticədə R.Əhmədov xəstəxanaya yerləşdirilib.

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ş.İsayevdən “Vursan” markalı, İ.Yusifovdan “Churchill” markalı müvafiq sənədləri olan ov tüfəngləri götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/321028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR