Hindistanda keçirilən hərbi paradda Rusiya hərbi texnikası nümayiş olunub

Hindistanda keçirilən hərbi paradda Rusiya hərbi texnikası nümayiş olunub
15:28 26 Yanvar 2015
520 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Respublika günü münasibəti ilə Nyu-Delidə keçirilən hərbi parad Rusiya istehsalı olan təyyarələrin uçuşu ilə başlayıb. Paradı izləyənlər arasında Hindistana səfər edən ABŞ Prezidenti Barak Obama da olub.
AzərTAc RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, piyada və süvarilərin keçidindən sonra Barak Obamaya sarı-yaşıl rənglə boyanmış Rusiyanın T-90 tank qrupu nümayiş etdirilib.
Bundan başqa hərbi paradda helikopterlərin, yaylım atəşi sistemlərinin də iştirak etdiyi digər silah növlərinin keçidi olub. Hərbi paradı Hindistan Prezidenti Pranab Kumar qəbul edib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hindistanda_kechirilen_herbi_paradda_Rusiya_herbi_texnikasi_numayis_olunub-827515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR