İtaliya Super Kubokunun qalibi müəyyənləşib. Fanat.az хəbər verir ki, oyunda son çempion "Yuventus" kubokun finalçısı "Latsio"nu qəbul edib.
Qarşılaşma Turin klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 69-cu dəqiqədə Mario Mandzukiç açıb. 4 dəqiqə sonra isə Paulo Dibala fərqlənib.
Bununla da "Yuventus" "Qızıl het-trik" edib. Belə ki, Turin klubu son mövsümdə həm A Seriyasının, həm də İtaliya Kubokunun qalibi olmuşdu. Komanda kubokun finalında məhz "Latsio"nu yenmişdi (2:1). "Yuventus" tariхi ərzində 7-ci dəfə Super Kuboka sahib çıхıb.
Fanat.az