"Uşaq ordusu” yaradılır

"Uşaq ordusu” yaradılır
20:05 8 Avqust 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin hərbi qanadı YPG 15-45 yaş arasındakı kişiləri döyüşə çağırıb.
 
Milli.Az publika.az-a istinadən bildirir ki, nəzarət etdiyi Afrin kantonunda üç gün əvvəl müraciət yayan YPG yaşı 18-dən aşağı olan uşaqları silahlandırmaq niyyətindədir.
 
Təxminən 6 min üzvünün olduğu deyilən təşkilatın son döyüşlərdə itkilərinin artdığı, təşkilata qatılanların sayının isə azaldığı bildirilir. Təhlükəsizlik güclərinin məlumata görə, kürd gənclərlə yanaşı ərəb gəncləri də döyüşməyə məcbur edilir.
 
Suriyanın Telabyad bölgəsindəki ərəb kəndlərinə nəzarəti ələ keçirən YPG buradakı gəncləri Bəşər Əsədin ordusuna qatılmağa məcbur edir. Deyilənə görə, əsas məqsəd ələ keçirdiyi ərazilərdə demoqrafik tərkibi dəyişdirməkdir.
 Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR