Cənab Prosineçki, necə təklifdi?

Cənab Prosineçki, necə təklifdi?
15:32 26 Yanvar 2015
155 İdman
Ölkə mətbuatı
A- A+

Ceyhun Əliyev


AFFA təcili sürətdə millimiz üçün rəqib axtarışındadı. Atılan tilovların hamısı yırtıq çıxır. Sonuncu ümid çırağı - Yəmən də bizə "get işinlə məşğul ol", dedi. İndii də Federeasiya başbilənləri üz tutublar əcnəbi klublara. Bəlkə kiminsə asudə vaxtını millimizlə oyunda daha səmərəli keçirməsi arzusu ortaya çıxdı? Gah "Kuban" deyirlər, gah da "Terek". Ancaq fərqi nədi? Dünyanın harasında görünüb ki, milli klubla qarşılaşsın?


Deyə bilmərəm, Federasiya başbilənləri bütün variantlara əl atıblar, ya yox. Ancaq iki versiyanı təklif etməyə bilmirəm.


Söhbət qonşu Gürcüstandan gedir. Müstəqillik əldə etdikdən sonra ilk dəfə milli atributlarımızla yığmamızın qarşılaşdığı gürcülərlə dil tapmaq elə də çətin olmazdı. Əvvəla, ona görə ki, SOCAR amili var. Dərinliyə çox varmıram, sadəcə, bu faktor qonşu ölkənin bizim istənilən müraciətimizə isti mübasibət bəsləməyə borclu olduğunun sübutudu. İkinci məqam da olduqca vacibdi. Gürcüstan millisinin "sükanı arxası"nda "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze dayanıb. Onsuz da futbolçularını Azərbaycan millisinin düşərgəsinə buraxmalı olacaq Tsxadadze həmin oyunçuları iş başında görməkdən məmnun olardı. Qarşılaşmanın Tiflisdə keçirilməsi isə Tsxadadzenin lokal planlarına da uyğun gələrdi. Axı doğmalarını görmək imkanı əldə edərdi.


Aydın məsələdir ki, Gürcüstan Futbol Federasiyası ilin-günün bu vaxtında (FİFA-nın milli komandaların yoxlama oyunu üçün "pəncərə" ayırmadığını nəzərdə tuturam) yerli klubları bu yoxlama görüşünə razı salmaqda çətinliklərlə üzləşə bilər. Lakin 1 günlük toplanışa çətin ki, hansısa klub etiraz edə. Əlbəttə, bu qarşılaşmada Gürcüstan yığmasının xarici ölkələrdə çıxış edən futbolçuları cəlb olunmayacaq. Təbii ki, bu görüşün nəticəsi FİFA-nın reyestrinə də düşməyəcək. Ancaq yaranmış "suq-svanq" (Şahmat terminidi. Yaxşı heç bir gedişin qalmadığı vəziyyətə deyilir) vəziyyətində bu varianta da şükür etmək lazımdı.


Daha bir məqam məqsədlə bağlıdı. Millinin Antalyaya yollanmaqda məqsədi nədi? Prosineçkinin komandanı yaxından tanıması üçün hesablanıbsa bu səfər, 5 günün ikisini yola sərf etməyin nə mənası? Yoxlama görüşü keçirmək üçün hansısa "Terek"dənsə şou xarakterli görüş daha maraqlı alınardı. Məsələn, milli komandamızla ölkəmizdə top qovan əcnəbilərdən ibarət komandaya qarşı. Türklər demiş, nədən olmasın? Bir ətək pul töküb Antalyaya getməyə nə lüzum var? Elə Bakıda toplaşıb həm tanış olmaq olar, həm də "Respublika" stadionunda yoxlama görüşünü keçirmək. Özü də nəzərə almaq lazımdı ki, Azərbaycandakı legionerlərin səviyyəsi heç də "Terek"in heyətindən geri qalmır. 


Hələ ki, gec deyil, cənab AFFA məmurları. Düşünün, bəlkə yazılanlardan nəticə çıxardınız...



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cnab-prosinecki-nec-tklifdi-t17802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR