Messi 10 nömrəni Arda Turana təklif etdi

Messi 10 nömrəni Arda Turana təklif etdi
21:59 8 Avqust 2015
75 İdman
Ölkə mətbuatı
A- A+

Bu yay “Atletiko”dan ayrılaraq “Barselona”ya keçən Arda Turan maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “NTV Spor”a müsahibəsində türk futbolçu müxtəlif komandalarda geyindiyi nömrələr haqqında danışıb.
 
“Türkiyə milli komandasında 14 nömrəli formanı ona görə seçdim ki, atam dahi hollandiyalı Kroyfun pərəstişkarı idi. “Atletiko”da əvvəlcə 11, daha sonra isə 10 nömrə altında çıxış etməyə başladım”.
 
Arda “Barselona”ya keçdikdən sonra Lionel Messinin öz nömrəsini ona təklif etdiyini də deyib:
 
“Messi mənə dedi ki, əgər istəyirsənsə 10 nömrəni sənə verə bilərəm. Təbii ki, mən buna razı ola bilməzdim”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/211008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR