Nyu-York ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, qəzaya uğramış təyyarənin qalıqları və meyitlər yerli "Adirontak" aeroportu yaxınlığında aşkarlanıb. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri müəyyənləşdirilir.
Milli.Az